Modern.az

Qazaxıstanda fövqəladə vəziyyət

Qazaxıstanda fövqəladə vəziyyət

Dünya

28 Fevral 2018, 23:26

Qazaxıstanın bir neçə vilayətində qarın əriməsi ilə əlaqədar yaranan daşqın nəticəsində küçələri, həyət evlərini su basıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, daşqın səbəbindən Almatı vilayətinin Jambıl rayonunda fövqəladə vəziyyət rejimi elan olunub. Min nəfər evakuasiya edilib.

 

Qazaxıstanın Fövqəladə Hallar Komitəsinin xilasediciləri Pavlador, Aköbə, Almatı vilayətlərində daşqınların qarşısının alınması üçün tədbirlər görürlər. Daşqınlar zamanı ölən və xəsarət alan olmayıb.

 

Hər il baş verən təbii fəlakət zamanı bir çox kənd və rayonlara xeyli ziyan dəyir.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular