Afrində PKK/PYD mülki şəxslərin daha təhlükəsiz ərazilərə köçürülməsinə mane olur. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri BMT-nin Humanitar məsələlər üzrə katibi Mark Loukok bildirib.
Mark Loukok bildirib ki, Türkiyə Afrinə humanitar yardım çatdırmaqda istəklidir: “Dəməşqdən də yardım karvanlarının gəldiyini görmək istəyirik. Lakin Suriya tərəfi hələ ki, razılaşmanı qəbul etməyib”.
Loukok onu da əlavə edib ki, Şərqi Qutada vəziyyət hər gün daha da ağırlaşır və bu günə kimi 580-dan çox insan silahlı hücumlarda həlak olub.