Modern.az

Prezident 8 Martda qadınlara 40 manat hədiyyə edəcək

Prezident 8 Martda qadınlara 40 manat hədiyyə edəcək

1 Mart 2018, 12:57

Türkmənistan prezidenti 8 Mart münasibətəilə ölkə qadınlarının hər birinə 40 türkmən manatı (11 dollar) hədiyyə edəcək.

 

Modern.az Türkmənistan KİV-nə istinadən xəbər verir ki, bu pulu dövlət müəssisələrində, təşkilatlarda çalışanlar, təqaüd və dövlət mükafatı alanlar, aspirantura, doktorantura və klinik ordinaturada oxuyanlar, həmçinin, Türkmənistan prezidenti yanında Dövlət Xidməti Akademiyasında azı 2 il oxuyan tələbələr də alacaq.

Sərəncam tələbə qızları, məktəbliləri və bağça tərbiyəçilərini də əhatə edir.

 

Pul mükafatının təntənəli mərasim zamanı veriləcəyi gözlənilir.   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular