Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə bir qrup türkiyəli jurnalist Tovuz rayonuna ötən həftə təşkil olunan səfərin ardından Türkiyə mətbuatında Azərbaycan haqqında yazılarla çıxış edirlər.
“Hürriyet” qəzetinin əməkdaşı Cansu Çamlıbel ermənilərin azərbaycanlı uşaqlara qarşı vəhşiliyindən, sərhəd zonasında yaşayan uşaqları öldürməsindən bəhs edib. Jurnalist oyuncaq bomba ilə öldürülən 13 yaşlı Aygü Şahmalıyevanı və erməni snayperinin qətlə yetirdiyi 9 yaşlı Fariz Bədəlovu buna nümunə göstərib.
Cansu Çamlıbel Azərbaycanın deputatı Qənirə Paşayeva ilə Tovuzun ermənilərlə sərhəd kəndlərini gəzdiklərini qeyd edib, illərdir atəş altında yaşayan insanların qarşılaşdıqları çətinliklərdən, əzab-zəiyyətdən bəhs edib.
Türkiyəli jurnalist öz yazısında Q.Paşayevanın Azərbaycanın Qarabağ probleminin dünyaya bəayn edilməsi istiqamətində gördükləri işlərdən dı söz açıb.
Modern.az