Modern.az

Erməni səfirin bağ evini yardılar

Erməni səfirin bağ evini yardılar

1 Mart 2018, 16:16

Oğrular Ermənistanın BƏƏ-dəki səfiri Qeqam Qaribcanyanın bağ evini talan ediblər. Modern.az Ermənistan mətbuatına əsasən məlumat verir.

 

Shamshyan.com saytının verdiyi məlumata görə Yerevan sakini 42 yaşlı Artak Palikyan bu barədə polisə müraciət edib. Onun sözlərinə görə, 23 dekabr 2017-ci ildən 28 fevral 2018-ci ilədək Burakanda yerləşən bağ evi talan edilib. Belə ki, oğrular 67 yaşlı Qəribcanyana məxsus bağ evindən “Samsung” televizoru, qədim qılınc, içkilər, məişət texnikası, paltar və pul oğurluyublar.

Qeyd edək ki, Artak Palikyan səfir Qeqam Qaribcanyanın kürəkənidir.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran Netanyahunun evini VURDU