Rusiya paytaxtında Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin binasında tüstülənmə olub.
Modern.az-ın məlumatına görə, tüstülənmə fakültənin 13 saylı korpusunun ikinci mərtəbəsində qeydə alınıb.
Məlumata əsasən binanın fasadının bir hissəsi tüstülənir. Tüstülənmənin hansı səbəbdən baş verməsi məlum deyil.
Hadisə yerində yanğınsöndürmə briqadaları çalışır.