Modern.az

Nokia dünya bazarlarını fəth edir

Nokia dünya bazarlarını fəth edir

1 Mart 2018, 18:19

Dünyaca məhşur Nokia şirkəti bazara qayıtmağıyla zirvəni hədəflədiyini bildirdi. Modern.az xəbər verir ki, bu brədə CNN kanalı məlumat yayıb.

 

HMD Global-ın prezidenti Florian Seyşenin  sözlərinə görə Nokia qarşıdakı 3 ildə ilk beşlikdə yer almağı planlaşdırıb. Hal-hazırda Nokia Rusiya, İndoneziya, Çin, Hindistan, Avropa ölkələri də daxil olmaqla 15 ölkədə fəaliyyət göstərir. Şirkətin verdiyi məlumatlara görə Nokia satış apardığı bu 15 ölkədə artıq ilk beşlikdə yer alır.

Bu nəhəng şirkət “Microsoft”dan ayrıldıqdan sonra, HMD Global tərəfindən alınıb və bu brend altında ağıllı telefonların istehsalına geri dönüb. 2018-ci ildə Mobil Dünya Konqresində 4 ağıllı və bir sadə telefonla çıxan Nokia bazarlardakı payını geri qaytarmaqda iddialı olduğunu göstərdi.

Şirkət hələ də ABŞ kimi nəhəng bazarlara çıxmayıb. HMD Gobalın prezidenti bu barədə müəyyən işlərin aparıldığını bildirsə də, hələki, ortada bir nəticə yoxdur.

 

Nokianın hazırki, qiymət siyasəti ilə, satışlarında nəzərə çarpacaq irəliləyişlər var. Və əgər bu siyasətdə bir dəyişiklik olmazsa bu hədəfin təsdiqlənməsinə ümid etmək olar.

Qeyd edək ki, ümumdünya bazarlarında indiki beşlik, Samsung, Apple, Huawei, Oppo ve Vivoya məxsusdu.

Buna əsasən demək olar ki, Nokianın dünyada beşlik ilə planları elə də asan olmayaq.

Whatsapp
Bizə yazın!
Keçid et
İran Netanyahunun evini VURDU