Modern.az

Ermənistan prezidenti Türkiyə ilə protokolları ləğv etdi

Ermənistan prezidenti Türkiyə ilə protokolları ləğv etdi

1 Mart 2018, 18:30

Ermənistan prezidenti Serj Sarkisyan2009-cu ildə imzalanmış Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması haqqında protokollarının ləğv olunduğunu elan edib.

 

Modern.az bu barədə Ermənistan KİV-lərinə istinadən məlumat verir.

S.Sarkisyan ölkənin Milli Təhlükəsizlik Şurasının iclasında bu protokolların etibarsız hesab olunduğunu bəyan edib.

Qeyd edək ki, iki ölkə arasında münasibətlərin normallaşması haqqında protokollar 2009-cu il oktyabrın 10-da XİN rəhbərləri arasında imzalansa da, parlamentlərdə ratifikasiya olunmamışdı.

Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr 1993-cü ildə dayandırılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi