Türkiyə Silahlı Qüvvələri Afrində əməliyyatları davam etdirir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, son sutka ərzində PYD, YPG və İŞİD terror təşkilatlarının 38 üzvü məhv edilib.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2222 nəfərə çatıb.
Əməliyyat müddətində Afrində 114 yaşayış məntəqəsi azad edilib.
Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.