Modern.az

Afrində 8 türk hərbçisi şəhid olub

Afrində 8 türk hərbçisi şəhid olub

2 Mart 2018, 01:46

 

Türkiyənin Afrində keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində 8 türk hərbçisi həlak olub.

Modern.az trend.az-a istinadən bildirir ki,  bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında  məlumat verilib.

Bəyanatda deyilir: "Əməliyyat çərçivəsində 8 hərbçi həlak olub, 13 hərbçi isə yaralanıb".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran Netanyahunun evini VURDU