Modern.az

"Kapital Bank" ADA Universitetində karyera günləri keçirib

"Kapital Bank" ADA Universitetində karyera günləri keçirib

Aktual

2 Mart 2018, 10:45

"Kapital Bank"ın dəstəyi ilə ADA Universitetində fevralın 27-dən martın 2-dək karyera günləri təşkil olunub. Layihənin açılış mərasimində "Kapital Bank"ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova da iştirak edib.

Bankdan Modern.az-a bildiriblər ki, "İstedadlarla karyera yolları arasında körpü" devizi altında keçirilən yarmarkada tələbələr Azərbaycanın iş bazarındakı ən aparıcı qurumları ilə təmasda olub, dövlət və özəl sektorda insan kapitalı ehtiyacı barədə məlumatlar əldə ediblər. Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən 100-dən çox şirkət nümayəndələri tələbə və məzunlara təqdimatlar keçirib, məşğulluq bazarı barədə gənclərdə təsəvvür yaradıb və karyerada uğurqazanma ilə bağlı məsləhətlər veriblər.

"Bu gün iş bazarında ən fəal işəgötürən olan "Kapital Bank" karyera günlərinin keçirilməsində olduqca maraqlıdır. Bu kimi layihələrə dəstək göstərməklə, biz bir tərəfdən, potensiallı kadrların birbaşa universitetlərdən cəlb olunması imkanı əldə edir, digər tərəfdən isə, öz korporativ sosial məsuliyyətimizi yerinə yetiririk", - deyə "Kapital Bank"ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.

Qeyd edək ki, "Kapital Bank" təhsil layihələrinə daim diqqət ayırır. "Beynəlxalq Təhsil Sərgisi", "Respublika Fənn Olimpiadası", "Azərbaycan üçün öyrət", "Təhsil avtobusu", "Sabah" qrupları ilə layihələrdə iştirak, o cümlədən Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, ADA Universiteti və digər qurumlarla əməkdaşlıq buna əyani sübutdur. Yaxın gələcəkdə təhsillə bağlı yeni layihələrin keçirilməsi planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi