Azərbaycan Respublikasi Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olmaq istəyən abituriyentlər üçün müsabiqə keçirilir.
Modern.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Dövlət Sərhəd Xidmətinin rəsmi müraciətinə əsasən, Dövlət Sərhəd Xidməti Akademiyasının aşağıda qeyd olunan ixtisasları üzrə əlavə müsabiqə elan edir:
- “Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi” (I qrup üzrə)
- “Uçuş mühəndisliyi” (I qrup üzrə)
- “Dövlət və bələdiyyə idarəetməsi” (II qrup üzrə)
Müsabiqədə 2011-2012-ci tədris ili üçün mülki ali təhsil müəssisələrinə I və II ixtisas qrupu üzrə qəbul imtahanlarında 200 və daha yüksək bal toplayan (riyaziyyat fənni üzrə nisbi balı 10-dan az olmayan) oğlan abituriyentlər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyənlər 2011-ci il iyulun 28-dən avqustun 5-dək Dövlət Sərhəd Xidmətində yaradılan Sənəd Qəbulu Komissiyasına müraciət etməlidirlər (ünvan: Zərifə Əliyeva küç. 30).
Modern.az