Modern.az

Deputat şikayətləri dinlədi

Deputat şikayətləri dinlədi

Aktual

2 Mart 2018, 12:22

37 saylı Nizami I (Gəncə) seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Pərvin Kərimzadə müraciətlərlə əlaqədar seçiciləri ilə görüşüb.

 

Müraciət edən seçicilərin əksəriyyəti əsasən məşğulluq, əmlak mübahisəsi, təhsil haqqı, həmçinin sosial və hüquqi məsələlərlə bağlı fikirlərini diqqətə çatdırıblar.

 

Təhsil haqqı, əmək mübahisədi ilə bağlı məsələlər yerindəcə həllini tapıb. Bildirilib ki, bütün qaldırılan məsələlər diqqət mərkəzində olacaq, aidiyyatı orqanlara sorğular göndəriləcək.

 

Qeyd edək ki, Pərvin Kərimzadə hər ay Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında mütəmadi olaraq seçiciləri qəbul edir. Qəbula yazılmaq istəyənlər YAP Gəncə şəhər Təşkilatının qəbul şöbəsinə müraciət edə bilərlər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi