Modern.az

Dünyada Narkoloji dispanserlərdə baş verən dəhşətli YANĞINLAR....

Dünyada Narkoloji dispanserlərdə baş verən dəhşətli YANĞINLAR....

2 Mart 2018, 13:00

Azərbaycan əhalisi bu gün səhəri Bakı səhəri Xətai rayonu, Zığ şossesi 13-də yerləşən Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla açdı. Rəsmi məlumatlara görə, faciədə 25 nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb. Bütün ölkəni şoka salan hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Qeyd etmək lazımıdr ki, Azərbaycanda narkoloji dispanserlərdə sonuncu yanğın hadisəsi 2012-ci ildə baş verib. Fövqəladə Hallar Nazirliyinin həmin vaxt verdiyi açıqlamada yanğında xəsarət alan və ölənlərin olmadığı bildirilirdi.


Dünya ölkələrində də Narkoloji dispanserlərdə dəhşətli yanğınlar baş verib. Adətən, belə yanğınlar qəsdən, yaxud təhlükəsizlik qaydalarının kobud pozulması nəticəsində baş verib.

Modern.az dünya ölkələrinin narkoloji dispanserlərində baş verən dəhşətli yanğınlarla bağlı insindetləri yada salır.  

 

Narkoloji dispanserlərdə baş verən ən dəhşətli facilərdən biri 2006-cı il dekabrın 8-dən 9-na keçən gecə Moskvada 17 saylı narkoloji xəstəxanada baş verən yanğındır. Hadisə zamanı 46 nəfər həlak olmuş, 9 nəfər isə ağır yanıq xəsaərtləri almışdı. Xəstəxanadan 214 pasiyent xilas edilmişdi. Yanğınsöndürmə xidməti faciə zamanı ətarfdakı insanların yardım çağırmaq əvəzinə, hadisə yerində foto və video çəkməklə məşğul olmaqlarını qınamışdı.

Hadisəyə əsas səbəbin naməlum şəxs tərəfindən etil spirit ilə yanğın törədilməsi olub. 17 saylı xəstəxanada baş verən yanğın 1977-ci ildə “Rossiya” mehmanxanasındakı yanğından sonra şəhərdə qeydə alınan ən dəhşətli yanğın idi.

 

 

2009-cu il sentyabrın 12-də Qazaxıstanın Taldıkorqan şəhərində narkodispanserdə baş verən yanğın zamanı 38 nəfər həlak olmuş, 40 nəfər isə xəsarət almışdı. Gecə saatlarında baş verən yanğın zamanı qurbanların sayının çox olması dispanserin gözətçisinin hadisədən önxə otaqların və dəhlizin açarlarını özləri ilə götürməsi idi. Nəticədə yanğın zamanı insanların çoxu öz otaqlarında girov halında qalıb və yanğından qurtula bilməyib. 

 

2013-cü il mayın 17-də isə Rusiyanın Saratov vilayətinin Engels şəhərində baş verən yanğın zamanı 4 nəfər həlak olmuş, 3 nəfər, o cümlədən Narkoloji Mərkəzin baş həkimi ağır yanıq xəsarətləri almışdı. Həmin hadisənin təqsirkarı isə 35 yaşlı işsiz kişi olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran Netanyahunun evini VURDU