Modern.az

ABŞ Ukraynaya 47 milyonluq silah satacaq – TƏSDİQLƏNDİ

ABŞ Ukraynaya 47 milyonluq silah satacaq – TƏSDİQLƏNDİ

2 Mart 2018, 15:56

Amerika Ukraynaya 47 milyon dollarlıq “Javelin” sistemlərini satmağı təsdiq edib.

 

Modern.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Əməkdaşlığı və Təhlükəsizliyi İdarəsi məlumat yayıb.

 

Bu məbləğə Ukrayna hökumətinin sifarişinə uyğun 210 “Javelin” raketləri və 37 “Javelin” tank əleyhinə raket kompleks daxildir.

 

Eyni zamanda Ukrayna hərbçilərinin bu silahla təlimləri də bu məbləğə aiddir.

 

Bildirilir ki, “Javelin” sistemləri Ukrayna dövlətinə suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün müdafiə imkanlarını artırmağa şərait yaradacaq.

 

İdarənin açıqlanmasında  həmçinin vurğulanır ki, bu silahların satılması regiondakı hərbi balansa heç bir təsir etməyəcək.

 

Əvəz Zeynalov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran Netanyahunun evini VURDU