Modern.az

Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə liderlik edir

Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə liderlik edir

2 Mart 2018, 23:36

 

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Moskvada Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə liderlik edir.

 

Modern.az xəbər verir ki,   martın 2-dən 5-dək davam edəcək yarışların ilk günündə sürətli şahmat üzrə üç tur oynanılıb. Şəhriyar Məmmədyarov rusiyalı Pyotr Svidlerə və hindistanlı Vişvanatan Ananda qalib gəlib, digər Rusiya şahmatçısı Vladimir Kramniklə heç-heçə oynayıb.

 

Üç turdan sonra Azərbaycan qrossmeysterinin hesabında 2,5 xal var. Sonrakı üç yeri 2 xalla Vişvanatan Anand, Aleksandr Qrişuk və Hikaru Nakamura tutur.

 

Xatırladaq ki, Şəhriyar Məmmədyarov martın 10-dan 28-dək dünya şahmat tacına iddiaçıların Berlində keçiriləcək turnirində iştirak edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
İran Netanyahunun evini VURDU