Modern.az

Paytaxtda daha bir piyada ÖLÜMÜ

Paytaxtda daha bir piyada ÖLÜMÜ

Aktual

3 Mart 2018, 15:05

Bakıda maşın yoldan keçən şəxsi vuraraq öldürüb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, martın 2-də saat 17 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Teymur Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında dayanmış paytaxt sakini Mübariz Xıdırovu vurub.

 

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi