Modern.az

Afrində rayon mərkəzi ələ keçirildi - VİDEO

Afrində rayon mərkəzi ələ keçirildi - VİDEO

Aktual

3 Mart 2018, 15:44

Türkiyə ordusu tərəfindən Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçu sayı 2434-ə çatıb.

Bu haqda Modern.az “Anadolu” agentliyinə istinadla xəbər verir.

 

Bildirilib ki, gün ərzində 139 terrorçu məhv edilib.

 

Məlumatda o da bildirilib ki, Afrinin Racu rayonun mərkəzi, həmçinin, Ramadiyə və Namilək kəndləri terrorçulardan azad edilib.

 

Bununla da 21-i strateji yüksəklik, 93-ü kənd olmaqla ümumilikdə 122 məntəqə terrorçulardan təmizlənib.

 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri bu ilin 20 yanvarından etibarən Afrində əməliyyatlara başlayıb. 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi