Prezidentin xüsisu tapşırığı ilə dövlət qurumlarında bu ilin əvvəlindən antikorrupsiya tədbirləri həyata keçirilir. Rəsmi səviyyədə də etiraf olunduğu kimi, ölkənin müxtəlif sahələrində rüşvət və bürokratiya, süründürməçilik halları mövcuddur. Korrupsiya və rüşvətxorluq, digər hüquqazidd əməllər vətəndaşları dövlət orqanlarından narazı salır.
Modern.az saytı mövzunun aktuallğını nəzərə alaraq yeni sorğuya başlayır. Sualımız belədir: “Korrupsiyanın səviyyəsini azaltmaq üçün hansı tədbiri daha vacib hesab edirsiniz?”
Suala cavab vermək üçün saytımızın əsas səhifəsində “Sorğu” bölməsindəki cavablardan birini göstərmək laımdır.
Cavablar bunlardır:
- Nazirlər, komitə sədrləri, icra başçıları və digər dövlət orqanlarının rəhbərləri istefaya göndərilməlidir
- Dövlət qurumlarının fəaliyyətində şəffaflıq artırılmalıdır
- Dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət gücləndirilməlidir
- Qanunlar təkmilləşdirilməlidir
- Dövlət qulluğuna yeni kadrlar cəlb edilməlidir
- Korrupsiya və rüşvətxorluğa yol vermiş məmurlara qarşı cəzalar sərtləşdirilməlidir
- Əhali hüquqi cəhətdən maarifləndirilməlidir
- Məmurların, büdcə təşkilatlarında işləyənlərin əməkhaqqıları artırılmalıdır
- Məmurların gəlirləri barədə ictimaiyyətə məlumat verilməlidir
- Korrupsiya hüquqpozmaları barədə məlumat verənlər dövlət tərəfindən müdafiə olunmalıdır