Modern.az

Ağdamda məcburi köçkünlər Bayram Səfərovdan evlərini istəyiblər...

Ağdamda məcburi köçkünlər Bayram Səfərovdan evlərini istəyiblər...

Təhsil

28 İyul 2011, 15:05

“Qaçqınlar öz evlərinə qayıtmaq istəyirlər. Bunu mənimlə görüşlərində hər bir məcburi köçkün tələb edir”. 
Bu sözləri Modern.az saytına açıqlamasında Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

O, qeyd edib ki, mütəmadi olaraq şuşalılarla və eləcə də icmanın üzvləri ilə görüşür. “Bu gün belə bir görüş Ağdamda keçirilib. Sabah isə Abşeronda olacağıq”-deyən Bayram Səfərov seçicilərlə son görüşdən sonra təəssüratını da Modern.az saytı ilə bölüşüb.
O qeyd edib ki, camaat müxtəlif sosial problemlər qabardır: “Təbii ki, bu təkcə məcburi köçkünlərlə bağlı deyil, istənilən adamın sosial problemi olur. Məcburi köçkünlərə gəldikdə isə deyə bilərəm ki, əsas qaldırılan problemlər yaşayış yerlərinin yaxşılaşdırılması, su, qaz, işıq, xəstəlik, iş yerlərinin açılması məsələləridir. Ancaq insanların başlıca problemi, istəyi öz torpaqlarına, öz evlərinə qayıtmaqdır”.

“20 ildən artıq aparılan sülh danışıqlarının heç bir nəticə verməyib. Bununla bağlı insanlar nə düşünür, sizə nə deyir” sualını cavablandıran Qarabağın Azərbaycanlı İcmasının rəhbəri bildirib:
“Prezidentin elə görüşü olmur ki, orada Qarabağ məsələsi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması, Ermənistanın təcavüzkarlığı önə çəkilməsin. Ali Baş Komandanımız müharibə, hərbə üstünlük verəcəyi təqdirdə icmanın rəhbəri olaraq mən də və hesab edirəm ki, bütün icma üzvləri, məcburi köçkünlərimiz də müharibəyə gedəcəyik. Biz bir qarış torpağımızı belə erməniyə verməyəcəyik. Sadəcə hələ ki cənab Prezident qan axıdılmasının tərəfdarı deyil. Hansı yolla olursa-olsun torpaqlarımızı işğaldan azad edəcəyik. Bütün məcburi köçkünlərin istəyi bundan ibarətdir”.

 

Mail AGAXANOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı