Modern.az

Azərbaycanda 10 islam kolleci yaradılıb  

Azərbaycanda 10 islam kolleci yaradılıb   

5 Mart 2018, 17:33

2017-ci ildə 10 “İslam Kolleci” Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınıb.

Modern.az-ın məlumartına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Bunlar Zaqatala İslam Kolleci, Gəncə  İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Heydər İslam Kolleci, Nardaran İslam Kolleci, Bibiheybət İslam Kolleci, Şəki (hafizlik) İslam Kolleci, Əliabad İslam Kolleci, Şəbnəm (qızlar) İslam Kollecidir. Bu kolleclərin fəaliyyəti nəticəsində ölkəmizdə milli-dini kadrların hazırlanması istiqamətində irəliləyişlərə nail olunacağı gözlənilir.

Dini təhsil müəssisələrində tariximiz, milli kökümüz, məzhəblərarası tolerant münasibətlər, multikultural və İslam vəhdəti prinsiplərinin sistemli şəkildə tələbələrə çatdırılması planlaşdırılır. 

Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə olunacaq. 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər