Modern.az

Qaz balonundan yanlış istifadə 30 şagirdi ölümlə üz-üzə qoydu

Qaz balonundan yanlış istifadə 30 şagirdi ölümlə üz-üzə qoydu

6 Mart 2018, 00:00

Almaniyanın Zultsbax kommunasında yeniyetmənin məktəbdə qaz balonundan istifadə etməsi nəticəsində onlarla şagirdin tənəffüs yollarında problemlər yaranıb.

AzEDU.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Mayn-Taunus rayonunun polisi məlumat yayıb.

Bildirilir ki, şagirdlərdən biri məktəbin foyesində qaz balonundan istifadə edib. Nəticədə şagirdlərin tənəffüs yollarında problemlər yaranıb. Hadisə zamanı 10 şagird (10-15 yaş arası) xəstəxanaya yerləşdirilib, digərlərinə məktəbdə tibbi yardım göstərilib.

Hadisəni törətməkdə şübhəli bilinən 15 yaşlı yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular