Modern.az

Bakıda "JEK" müdiri 10 min manat cərimələnib

Bakıda "JEK" müdiri 10 min manat cərimələnib

Təhsil

28 İyul 2011, 15:42

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu T.Şıxəliyev və Kazımzadə küçələrinin arasında yerləşən ərazidəki şam ağaclarının yandırılması barədə daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, sözügedən ərazinin 300 m2-lik sahəsində yanğın nəticəsində 15 ədəd yaşköküstə çoxillik Eldar şamı cinsli ağaclar boy inkişafı daynacaq dərəcədə yanıb. Baş vermiş yanğına səbəb isə ağacların yerə tökülmüş yarpaqlarının yandırılması olub.
Faktla bağlı akt və protokol tərtib edilərək Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 37 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Nürəddin Abbasova vəzifəli şəxs qismində inzibati qaydada 10 000 manat məbləğində cərimə tətbiq edilib və təbiətə dəymiş ziyana görə qanunvericiliyə uyğun iddia qaldırılıb.
Yaşıllıq ərazisindəki ağaclara aqrotexniki xidmət göstərilməsi üçün Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə icrası məcburu olan müddətli “Məcburi göstəriş” verilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı