Modern.az

Əbülfəs Qarayev səfirlə müzakirə apardı

Əbülfəs Qarayev səfirlə müzakirə apardı

Aktual

6 Mart 2018, 14:25

2018-ci ilin 06 mart tarixində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qazaxıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Beibit İssabayev ilə görüşdü.

 

Görüşdə Azərbaycan və Qazaxıstan arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr müzakirə edildi.

 

Nazir ötən il ümumilikdə Azərbaycana gələn turistlərin sayında 20 faiz artımın olduğunu qeyd etti və bu artım sırasında Qazaxıstandan ölkəmizə gələn turistlərin sayının 37minə yaxın olduğunu bildirdi.

 

Görüş zamanı həmçinin, Astana şəhərinin 20 illik yubiley tədbirlərində Azərbaycanın təmsil olunması, 2019-2020-ci illərdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi barədə fikir mübadiləsi aparıldı.

 

Səfir səmimi qəbula görə minnətdarlığını ifadə etdi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi