Modern.az

Ağstafada evdən 17 min manata yaxın pul oğurlandı

Ağstafada evdən 17 min manata yaxın pul oğurlandı

Aktual

6 Mart 2018, 14:27

Ağstafa rayonunda yerləşən evlərdən birindən oğurluq edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, rayon ərazisindəki evlərin birindən 15 572 manat və 800 ABŞ dolları oğurlanıb.

 

Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Xanlıqlar kənd sakini Məryəm Qurbanova saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi