“Yerkrapa” Könüllülər İttifaqının sədri və deputat Manvel Qriqoryan ölkənin gələcək baş nazirinin Serj Sarkisyan olacağını deyib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Respublika Partiyası axı necə Sarkisyanın namizədliyini irəli sürməyə bilər? Sizcə, partiyamız başqa namizəd irıli sürə bilər?”.
Manvel Qriqoryan Serj Sarkisyanın əvəzedilməz şəxs olduğunu və hazrki baş nazir Karen Karapetyanın bu postda qala bilməyəcəyini deyib.
“Karen Karapetyan kimdir? O, Artsax, müharibə haqqında nə bilir? Gələcəkdə o ola bilsin ki, böyük uğur qazanacaq amma indi Sarkisyanın yerinə heç kimi görmürəm”.