Modern.az

Deputat: “Sərkisyanın bu sözlərində cinayət tərkibi var”

Deputat: “Sərkisyanın bu sözlərində cinayət tərkibi var”

Təhsil

28 İyul 2011, 17:26

«Ermənistan prezidenti Serj Sərkisyanın Qarabağıln işğalını etiraf etməsi və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etməsi bir daha təcavüzkar dövlətin mahiyyətini göstərir. Bu, o deməkdir ki, Ermənistan öz işğalçılıq siyasətindən dönmək fikrində deyil».

Modern.az bildirir ki, bu fikirləri hakim partiyanın rəsmi saytına açıqlamasında YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. M.İbrahimqızı bildirib ki, beynəlxalq birlik S.Sərkisyanın bu mövqeyinə münasibət bildirməlidir. Onun sözlərinə görə, bir sıra beynəlxalq qurumlar, BMT Təhlükəsizlik Şurası, Avropa Şurası, NATO, Avropa Parlamenti və digərləri Azərbaycanın ərazi bütövlüyünün tanınması haqqında qətnamələr qəbul ediblər. Eyni zamanda, həmin sənədlərdə Ermənistanın işğal etdiyi ərazilərin azad olunmasının zəruriliyi vurğulanıb.

«Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar prosesinin intensiv xarakter aldığı bir vaxtda Sərkisyanın bu bəyanatı sülh prosesinə zərbədir. Bununla da, o etiraf edir ki, rəsmi Yerevan sülhün əldə olunmasına maraqlı deyil. Bu bəyanata heç cür haqq qazandırmaq mümkün deyil və beynəlxalq hüquq prinsipləri ilə yanaşsaq, hətta bu mövqedə cinayət tərkibi də var. Ümumiyyətlə, Sərkisyanın bu bəyanatı təkcə Türkiyə və Azərbaycana qarşı deyil, bütövlükdə dünya ictimaiyyətinə qarşı yönəlib. Çünki sülhə və təhlükəsizliyə qarşı olan təhdidlər bəşəri xarakter daşıyır. Ona görə də, beynəlxalq birlik susqunluq nümayiş etdirməməlidir. Sarkisyanın mövqeyi həmçinin Türkiyə üçün də ciddi mesajdır. Çünki Türkiyənin müxtəlif dairələrində Ermənistanla sərhədləri açmaq, diplomatik münasibətləri bərpa etməyin tərəfdarları var. Amma Sarkisyanın Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış etməsi Türkiyə cəmiyyətini bir daha düşünməyə vadar etməlidir»- deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı