“Forbes” jurnalı planetin ən varlı insanlarının adlarını açıqlayıb.
Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, “Amazon” şirkətinin sahibi Cef Bezosun şəxsi sərvəti 112 milyard dollar təşkil edib.
“Bezosun uğuru “Amazon” şirkətinin səhmlərinin 60% bahalaşması ilə bağlıdır”-deyə jurnal yazıb.
İkinci pillədə “Microsoft” şirkətinin yaradıcısı Bill Geyts (90 milyard dollar), üçüncü pillədə isə amerikalı investor Uorren Baffet (84 milyard dollar) yer alıb.