Modern.az

ABŞ Konqresi 907-ci düzəlişi qüvvədə saxladı

ABŞ Konqresi 907-ci düzəlişi qüvvədə saxladı

Təhsil

28 İyul 2011, 18:24

Nümayəndələr Palatasının 2012-ci il üçün ayrıdığı xarici yardımla bağlı  sənəddən Dağlıq Qarabağın adı çıxarılıb

ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr Komitəsinin beynəlxalq əməliyyatlar üzrə alt qrupu 2012-ci il üçün ayrıdığı xarici yardımla bağlı təsdiq etdiyi sənəddən Dağlıq Qarabağın adını çıxarıb. Modern.az bildirir ki, bununla yanaşı altkomitə Azərbyacana qarşı olan 907-ci düşəlişi də qüvvədə saxlayıb.

Ötən ilki yardımlarda ABŞ Konqresi hər il Dağlıq Qarabağa 10 milyon dollar pul ayırırdı. Bununla bərabər Komitə ABŞ prezident administrasiyasının Azərbyacana və Ermənistana beynəlxalq hərbi maliyyələşmə ilə bağlı 3 milyon dollar ayırmaq təklifini təsdiq etməyib. 
Qeyd edək ki, ermənipərəst konqresmen Frenk Pelloun konqresmenlərə məktubunda 2012-ci il üçün Ermənistana 60 milyon dollar, Dağlıq Qarabağa isə 10 milyon dollar vəsaitin ayrılmasını istəyib.

Avqustun 3-də sənəd Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində müzakirəyə çıxarılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı