Modern.az

Azərbaycan nefti BAHALAŞDI  

Azərbaycan nefti BAHALAŞDI   

7 Mart 2018, 00:34

 

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 5-də 66,73 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,62 dollar/barel çoxdur.

 

Modern.az-ın məlumatına görə, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 5-də 66,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,64 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 5-də 61,78 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,43 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 5-də 65,85 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,65 dollar/barel çoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır