Modern.az

Hüsnü Mübarəkin məhkəməsi sərgi salonunda keçiriləcək

Hüsnü Mübarəkin məhkəməsi sərgi salonunda keçiriləcək

Təhsil

28 İyul 2011, 19:13

Misir hakimiyyəti eks-prezident Hüsnü Mübarək və onun oğullarının məhkəməsini Qahirənin sərgi manejində keçirmək niyyətindədir. Modern.az bildirir ki, bu barədə Misirin “Əl-Xəbar” qəzeti ədliyyə naziri Abdel Aziz al-Hindiyə istinadən məlumat yayıb.

“Hazırda burada jurnalistlərin, QHT nümayəndələrinin və nümayişçilərin ailə üzvlərinin iştirakını təmin etmək üçün binada hazırlıq işləri aparılır”-deyə nazir bildirib.

Son günlər Mübarək üzərində məhkəminin tezlikə başlanması üçün aksiyalar keçirilir. İlk məhkəmə iclası avqustun 3-də keçiriləcək. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı