Modern.az

Şəhid övladlarına, əlil və qaçqın uşaqlara Şəhadətnamələr verilib

Şəhid övladlarına, əlil və qaçqın uşaqlara Şəhadətnamələr verilib

29 İyul 2011, 10:24

“Şəhid ailələrinə maddi və mənəvi dəstək” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ehtiyacı olan gənclərin peşə hazırlığının artırılması” layihəsinin yekunlaşdırıb.

Bu barədə Modern.az saytına layihənin direktoru Nəzakət Həsənova məlumat verib. O, qeyd edib ki, 4 ay həyata keçirilən layihə çərçivəsində Bakı şəhərində yaşayan şəhid, əlil, qaçqın ailələrinin və valideyn himayəsindən məhrum olunmuş yeniyetmələrə kompüter, bərbər (kişi-qadın) və dərzi peşələri üzrə təlim kursları keçirilib.

Layihə rəhbəri onu da əlavə edib ki, ŞAMMD İB-yə çoxsaylı müraciətləri dəyərləndirən təşkilatın idarə heyəti 50 nəfərin kurslara cəlb olunması yönündə qərar qəbul edib. Ümumilikdə layihə çərçivəsində 56 nəfər  kompüter ixtisası üzrə, 23 nəfərin bərbər peşəsi, 11 nəfər isə dərzi peşəsi üzrə  kursları bitirib.

Sonra kompüter, bərbər və dərzilik kurslarını bitirən tələbələrə ixtisasları üzrə Şəhadətnamələrin təqdimat mərasimi keçirilib.

Tədbirdə Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Röşən Ağamalıyev, Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti Sərraf Oruc, Qarabağ Müharibəsi əlilləri və veteranları ictimai birliyinin sədri Novrəstə Yusifova da iştirak edib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı