Modern.az

Qubanın Polis Şöbəsinin yeni rəisinin ayağı düşərli oldu

Qubanın Polis Şöbəsinin yeni rəisinin ayağı düşərli oldu

29 İyul 2011, 10:41

Quba rayon Polis Şöbəsinin yeni rəisinin ayağı düşərli olub. İyulun 28-də Quba Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub. Tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.
Daxili Işlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, tikintisinə ötən ilin mayında başlanmış 4 mərtəbəli inzibati binanın ümumi sahəsi 2500 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikaslyalarla təchiz edilmişdir, həyətdə idman meydançası salınıb. Yeni tikilidə 60 xidməti otaq, akt zalı var. Binada ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılmış, digər yardımçı sahələr yaradılıb. Ərazi hasarlanmış, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.

General-polkovnik Ramil Usubov növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş tədris otağına, akt zalına, Müvəqqəti  Saxlama Təcridxanasına baxıb.
Görülən işləri yüksək qiymətləndirən cənab nazir Quba RPŞ-nin şəxsi heyətinin normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasından məmnunluğunu bildirib, tövsiyələrini verib.
Daxili işlər naziri əmin olduğunu bildirmişdir ki, RPŞ-nin şəxsi heyəti ölkə rəhbərliyinin diqqət və qayğısına layiqli xidməti ilə cavab verəcək, rayonda  sabitliyin, əmin-amanlığın nümunəvi qorunmasına və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfəsini verəcək.

Quba rayon Polis Şöbəsinə bir neçə gün öncə yeni rəis təyin edilib. Bu, Bakının Nərimanov rayon Polis İdarəsinin sabiq rəis müavini Seyfulla Əzimovdur.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı