Modern.az

Yunanlar türk bayrağını yandırdı, Ankara etiraz etdi

Yunanlar türk bayrağını yandırdı, Ankara etiraz etdi

Dünya

7 Mart 2018, 14:10

Yunanıstanda bir irqçi partiyanın keçirdiyi etiraz aksiyasında Türkiyə bayrağı yandırılıb.

Türkiyə Xarici İşlər Nazirliyi bu hadisəyə sərt reaksiya verib. Türkiyə XİN-i türk bayrağına qarşı bu hərəkəti edən şəxslərin dərhal həbs edilməsini,məhkəmə qarşısına çıxarılmasını tələb edib.

 

Türkiyə XİN-inin sözçüsü Hami Aksoy Yunanıstan prezidenti Prokopis Pavlopoulosu beynəlxalq hüquqa və Türkiyənin sərhədlərinə hörmətlə yanaşmağa dəvət edib. Yunanıstan prezidentinin Türkiyəyə ünvanlanan  “ tarixən bizim olmalı olan torpaqlarımıza sahib deyilik”, “ Tarix bizi məcbur edərsə əcdadlarımızın etdiyini edərik” kimi ifadələrə yer verməsinə sərt reaksiya nümayiş etdirən Aksoy, onu səbəbsiz yerə gərginlik çıxarmamağa çağırıb.

 

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır