Modern.az

Pornoulduz Trampı məhkəməyə verdi

Pornoulduz Trampı məhkəməyə verdi

Dünya

7 Mart 2018, 14:14

Pornoaktrisa Stefani Klifford ABŞ prezidenti Donald trampa qarşı məhkəmədə iş qaldırıb. Modern.az xəbər veriri ki bu barədə NBC  məlumat yayıb.

 

 

Qaldırdığı iddiada o bildirib ki, Tramp onunla arasında bağlanmış müqaviləyə imza atmayıb. Buna görə aktrisə müqavilənin qüvvədən salınmasını tələb edib.

Söhbət Trampla aktrisa arasında olmuş münasibətlərin heç kimə açıqlanmaması haqda razılaşmadan gedir. Razılaşmaya əsasən 2006-cı ilin yayından başlayaraq 2007-ci ilədək Tramp və böyüklər üçün filmlərdə Stormi Deniels adıyla tanınan Klifford aralarında baş vermiş şəxsi münasibətləri mətbuata açıqlamamalıdırlar. Bunu üçün aktrisa vəkildən 130 min dollar almalı idi.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır