Modern.az

2030-cu ilədək daha çox uşağın həyat şəraiti pisləşə bilər - UNİCEF

2030-cu ilədək daha çox uşağın həyat şəraiti pisləşə bilər - UNİCEF

Dünya

7 Mart 2018, 21:48

650 milyon uşaq Dayanıqlı İnkişaf Məqsədlərinin DİM) ən azı üçdə ikisinin sürətləndirilmiş inkişafdan uzaq qalmış ölkələrdə yaşayır.

Modern.az bildirir ki, UNICEF-in Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən xəbərə görə, bu barədə UNICEF-in yeni bir qlobal hesabatında bildirilir.

Hesabatda xəbərdarlıq edilir ki, həmin ölkələrdə 2030-cu ilədək indiki ilə müqayisədə daha çox uşaq pis həyat şəraiti ilə üzləşə bilər.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin deyib ki, Azərbaycan Dayanıqlı İnkişaf Proqramının məqsədlərinə nail olmaqla bağlı ciddi öhdəliklər götürüb və bu öhdəliklərin yerinə yetirilməsi uşaqların vəziyyətinə dair məlumatların toplanması, təhlili və istifadəsinə davamlı investisiya tələb edəcək: “UNICEF-in yeni qlobal hesabatında bu irəliləyişin monitorinqində məlumat çatışmazlığının səbəb olduğu çətinliklər işıqlandırılıb. Bunlar Azərbaycanda qarşısını almaq istədiyimiz çətinliklərdir. UNICEF uşaq və qadınların rifahı ilə bağlı məlumatların toplanması və təhlili sahəsində hökumətin səylərini dəstəkləməyə, ölkədə yaşayan uşaqlar üçün gücləndirilmiş siyasət və proqramlara töhfə verməyə davam edəcək”.

E. Karvardın qeyd edib ki, UNICEF və Azərbaycan hökuməti uşaqlarla, xüsusilə, həssas vəziyyətdə və risk altında olan uşaqlarla bağlı qruplaşdırılmış məlumatların effektiv şəkildə toplanmasını və istifadəsini davam edən əməkdaşlığın əsas hissəsinə çevirəcəklər.

Qeyd edək ki, UNICEF-in “DİM əsrində uşaqlar naminə inkişaf” uşaqların hüquqlarına və rifahına təsir göstərən qlobal inkişaf məqsədlərinə nail olunması istiqamətində fəaliyyəti qiymətləndirən ilk tematik hesabatdır. Hesabat uşaq hüquqlarının beş ölçüsü üzrə irəliləyişi izləyir: qənaətbəxş sağlamlıq, təhsil, zorakılıq və istismardan müdafiə, təhlükəsiz və təmiz ətraf mühit, həyatda müvəffəqiyyət əldə etmək üçün bərabər imkan. Kifayət qədər məlumat mövcud olduğu halda, DİM hədəflərinin müəyyənləşdirdiyi çətinliklərin səviyyəsi narahatedici həddə qalır.

Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM-lər) nail olunması istiqamətində irəliləyişin ilkin qiymətləndirilməsi 64 ölkədə məlumatların həyəcan təbili çalına biləcək səviyyədə çatışmazlığını, həmçinin bu məlumatların izlənməsinin mümkün olduğu 37 digər ölkə üzrə DİM-lərə nail olunması istiqamətində kifayət qədər irəliləyişin olmadığını göstərib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır