Modern.az

Jurnalist həlak olub

Jurnalist həlak olub

29 İyul 2011, 12:17

BBC-nin Əfqanıstandakı ştatdankənar müxbiri Əhməd Omid Xpolvok həlak olub. Modern.az BBC-yə istinadən bildirir ki, hadisə yaraqlıların Uruzqan vilayətinin Tarinkot şəhərinə hücumu nəticəsində baş verib. Kamikadzelərin törətdiyi 3 partlayış nəticəsində azı 20 nəfər həlak olub, daha 37 nəfər yaralanıb. İlk əvvəl şəhər administrasiyası binası qarşısınfda 2 intiharçı partlayış törədib.
Ondan sonra şəhər bazarı ərazisində döyüş başlayıb. Partlayış zamanı Əhməd Omid yerli teleradio şirkətinin binasında olubmuş. Partlayışlar yerli administrasiya və mühafizəçilik xidməti göstərən şirkətin ofisində də baş verib.

Əhmed Omidin 25 yaşı var idi. O, BBC stringeri qismində 2008-ci ilin mayın 1-dən işləməyə başlamışdı. O, eləcə də, Əfqanistanın "Pajwak Afghan" informasiya agentliyinin əməkdaşı olub.

Şəhər sakinlərinin sözlərinə görə, atışma müxtəlif çaplı odlu silahdan aparılıb. Hücuma görə məsuliyyəti Taliban hərəkatı üzərinə götürüb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi