Modern.az

Türkiyə parlamentində dava - FOTO

Türkiyə parlamentində dava - FOTO

Dünya

8 Mart 2018, 11:15

Türkiyə parlamentində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və müxalif Xalqların Demokratik Partiyasının (HDP) üzvləri arasında qarşıdurma yaşanıb.

 

Trend-in məlumatına görə, millət vəkilləri arasında mübahisəyə səbəb HDP-li deputatların “Türkiyə ordusu Afrində etnik təmizləmə aparır” deməsi olub.

 

Qarşıdurma zamanı HDP-dən olan üç millət vəkili yüngül xəsarət alıb.

 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır