Modern.az

Milli QHT Forumunun rəhbəri: “QHT-lərin qanunvericiliklə bağlı ictimai müzakirələrdə iştirakı zəruridir”

Milli QHT Forumunun rəhbəri: “QHT-lərin qanunvericiliklə bağlı ictimai müzakirələrdə iştirakı zəruridir”

29 İyul 2011, 12:22

Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumu qanunların hazırlanmasının ilkin mərhələsində daha fəal iştirak etmək niyyətindədir. Bu barədə Modern.az saytına forumun prezidenti Rauf Zeyni məlumat verib. O qeyd edib ki, bu məsələ ilə bağlı əvvəlkdən razılaşma var:
“Biz indiyə qədər Milli Məclisdə qəbul olunan əksər sənədlərin ilkin müzakirəsində, ictimai dinləmələrdə iştirak etmişik. Bundan sonra isə bu məsələni daha da intensivləşdirmək arzusundayıq. Bununla bağlı yəqin ki, Milli Məclisin rəhbərliyinə müraciət edəcəyik. Çox istərdik ki, qanunlarımızın hazırlanmasının ilkin prosesində Qeyri Hökümət Təşkilatları daha yaxından  iştirak etsin. Hər halda hesab edirəm ki, bu, qanunvericilik prosesində zəruri məsələdir”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal