Martın 9-da Gürcüstanın müdafiə naziri Levan İzorianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Səfər martın 10-dək davam edəcək.