Modern.az

Azərbaycan və türk dünyası qadınlarının "İşıq"ı  

Azərbaycan və türk dünyası qadınlarının "İşıq"ı   

8 Mart 2018, 18:31

8 Mart Beynəlxalq Qadınlar günündə Azərbaycan və türk dunyası qadınlarının 1911-1912-ci illərdə həftədə bir dəfə nəşr olunan "İşıq" adlı qəzeti yada düşür.

O zaamn qəzetin qiyməti 5 qəpik idi.

Qəzetin redaksyası  Bakıdakı Tserkovskaya küçəsi ilə Spasski küçəsinin küncündə  yerləşirdi.

Redaktor Tiflisdəki Qadınlar İnstitutununun məzunu, milliyyətcə tatar olan  Xədicə xanım Əlibəyova idi. 

Qəzetin naşiri isə onun əri, H.Z.Tağıyev ilə yaxşı dostluq münasibərləri olan vəkil şəkili Mustafa bəy Əlibəyov idi.

Qəzetin himayəçisi H.Z.Tağıyev idi.

Qəzetin birinci səhifəsində "İşıq" özünü belə tanıdırdı:

"İndilikdə həftədə bir dəfə şənbə günü nəşr olunacaq tərbiyeyi-ətfala (uşaqların tərbiyəsinə-N.N.), ədəbiyyata, təbabətə və evdarlğa dair XANIMLAR QƏZETƏSİDİR".

Qəzetin həm qadın, həm də kişi müxbirləri var idi.

 

Nazim Nəsrəddinov

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi