2011-ci il avqustun 10-da ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır. Ərizələrin qəbulu internet vasitəsilə iyulun 5-dən etibarən aparılır. Qəbul haqqında elan, qəbul qaydaları, qəbul aparılan ixtisasların siyahısı, müsabiqə şərtləri və digər məlumatlar “Abituriyent” jurnalının 4-cü sayında dərc olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a bildirilib qəbul imtahanının 2011-ci il avqustun 28-də keçirilməsi nəzərdə tutulub.
Hər bir abituriyent eyni zamanda müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli olan 12-dək ixtisas kodunu seçə bilər. Abituriyentlər internetlə elektron ərizə formasını doldurduqdan sonra tələb olunan sənədlərini müvafiq SQK-ya təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.
29 iyul saat 10:00-dək 19544 orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün ərizəsini təsdiq etdirib.
Cari ildə (9 illik) təhsil bazasından 46 orta ixtisas təhsili müəssisəsində ayrılan plan yerlərinin sayı 9642-dir. Azərbaycan bölməsi üzrə 8449, rus bölməsi üzrə 312, birgə müsabiqə üzrə 881 plan yeri ayrılıb.