ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In görüşəcəklər. Modern.az xəbər verir ki bu barədə CNN kanalı məlumat yayıb.
Cənubi Koreyanın milli təhlükəsizlik üzrə rəsmi müşaviri Con Iy Yon mətbuata açıqlamasında iki ölkə liderlərinin ikitərəfli görüş keçirəcəyi və görüşün bu ilin may ayınadək baş verəcəyini bildirib.
“Şimali Koreya lideri Trampla çox tezliklə görüşməyə hazır olduğunu qeyd edib” – deyə Ağ Ev qarşısında çıxışı zamanı bildirib.
Əvəz Zeynalov