Avropadakı NATO qoşunlarının komandanı Kertis Skarapotti Rusiya ilə bağlı həyəcanlı açıqlama verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 2025-ci ilə qədər Avropa hərbi sferada dominant mövqeyini itirə bilər. Konqresdə hesabat verən Skarapotti bu sahədə Rusiyanın yeni liderə çevrilə biləcəyini deyib.
“Rusiyanın hərbi modernləşmə tempini nəzərə alaraq deyə bilərəm ki, biz 2025-ci ilə qədər dominantlıq etdiyimiz sahələrdə üstünlüyümüzü itirə bilərik. Ona görə bu sahələdə modernləşdirmə ilə bağlı təklifləri dəstəkləməliyik”-deyə general konqresmenlər önündə çıxışında deyib.