Modern.az

Magistr olmaq istəyən bakalavrlar üçün şərtlər...

Magistr olmaq istəyən bakalavrlar üçün şərtlər...

29 İyul 2011, 13:21

Azərbaycan Respublikasının ali təhsil müəs­sisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul 2011-ci il  fevralın 20-də və  iyunun 26-da keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır (müsabiqə şərtləri aşağıdakı cədvəldə verilir).

Ali təhsil müəssisəsinin magistraturasına qəbul olunmuş bakalavrın boş qalan plan yerlərinə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a bildirilib ki, bakalavrlar boş qalan plan yerlərinə keçirilən müsabiqədə iştirak etmək üçün 2011-cu il 01 avqust saat 9.00-dan 08 avqust saat 09.00-dək  TQDK-nın mü­­va­fiq internet səhifəsi­nə (tqdk.gov.az/erizemagistr) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ərizəsi"ndə qeyd edib təsdiqləyirlər.

Ərizəni təsdiq etmək üçün bakalavrlar TQDK-nın yeni ödəmə kartını almalıdırlar.

Boş qalan plan yerləri olan  ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında  təqdim edilib. Hər bir bakalavr bu siyahıdan imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq 20-dək ixtisaslaşma kodunu seçə bilər.

Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Se­çilmiş ixtisaslaşmaların ərizə for­ma­sında göstərilən ardı­cıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keç­diyi ixtisaslaşmaların bi­rin­cisinə yer­ləş­dirilir.

Dövlət hesabına magistraturada təhsil almış magistrlər  dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə  bilməzlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüv­və­­də olan qanunvericilik­də və dövlətlərarası razılaş­malar­da digər hallar nəzərdə tutul­mayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə  bilməzlər.

“Ali təhsil müəssisələrinin magistraturalarına boş vakant yerlərinin olmasına baxmayaraq müsabiqə şərtini ödəyən bəzi bakalavr hələ də qeydiyyatdan keçməyiblər”. Modern.az-ın məlumatına görə bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sdəri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, 2011-2012-ci tədrsi ili üzrə ali təhsil müəssisələrinin magistraturalarında 1865 vakant yer qalıb.

“Həmin yerlərin müsabiqəsində iştirak hüququ olan bakalavrların ümumi sayı isə 2253 nəfərdir. Ancaq müsabiqənin şərtlərini ödəyən bəzi bakalavrlar qeydiyyatdan hələlik keçməyiblər. Xüsusilə bəzi prestijli ixtisaslara qəbul olunan bakalavrlar ərizələrini təsdiq etməyiblər. Məsələn, “Hüquqşünaslıq” ixtisası üzrə 2 ödənişli vakant yer var. Həmin boş yerə isə 192 nəfər namizəddir. Lakin bu vaxta qədər müəyyən səbəblərə görə bakalavrlar ərizələrini təsdiq etdirməyi düşünmürlər”. 

MÜSABİQƏ ŞƏRTLƏRİ

 

Birinci mərhələnin nəticəsinə qoyulan minimal tələb*

İkinci mərhələnin (qabiliyyət imtahanının)  nəticəsinə qoyulan minimal tələb**

Ümumi bala qoyulan minimal tələb**

Dövlət sifarişli yerlər üçün

Ödənişli yerlər üçün

Dövlət sifarişli yerlər üçün

Ödənişli yerlər üçün

Dövlət sifarişli yerlər üçün

Ödənişli yerlər üçün

İİM və HSM istiqamətlərinə daxil olan ixtisaslaşmalar (xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar istisna olmaqla) və MBA proqramına aid olan ixtisaslaşmalar üçün 

55 bal

50 bal

25 bal

20 bal

85 bal

75 bal

TM (xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar istisna olmaqla), TTM, MM, TEM və ETM istiqamətlərinə daxil olan ixtisaslaşmalar  və Tempus layihəsi üzrə olan ixtisaslaşmalar  üçün

50 bal

45 bal

25 bal

20 bal

80 bal

65 bal

ATM istiqamətinə daxil olan ixtisaslaşmalar üçün 

45 bal

40 bal

20 bal

20 bal

70 bal

60 bal

Xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üçün

45 bal

40 bal

20 bal

20 bal

70 bal

60 bal


 
Tədrisi ingilis dilində olan ixtisaslaşmaların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın  imtahanın birinci mərhələsində ingilis dilindən balı 20-dən, ödənişli yerlərini seçmək üçün isə 15-dən az olmamalıdır.

1)  4, 6, 9, 10, 11, 20 və 21 saylı proqramların ödənişli yerlərini seçmək üçün ümumi bal 60-dan, ixtisas üzrə bal isə 15-dən az olmamalıdır;

2)26, 39 və 46 saylı proqramların ödənişli yerlərini seçmək üçün ümumi bal 65-dən, ixtisas üzrə bal isə 15-dən az olmamalıdır.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı