Cənubi Koreyalı bürünc medal sahibi idmançı öz evində ölü tapılıb. Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi xəbər yayıb.
2012-ci il Olimpiya Oyunlarının badminton üzrə bürünc mükafatçısı Con Ce Sonun cəsədini arvadı aşkarlayıb. Ölümün rəsmi səbəbləri hələlik bəlli deyil. Mərhumun ürəyi ilə bağlı problemlərdən vəfat etdiyi düşünülür.
Əvəz ZEYNALOV