ABŞ-ın eks-prezidenti Barak Obama “Netflix” şirkəti ilə öz şou veirlişinin yaradılması haqda danışıqlar aparır.
Modern.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Qəzetin informasiya mənbəyinin məlumatına görə, Obama Ağ Evdən getdikdən sonra qlobal platformaya qayıtmaq üçün bir sıra səs küylü şou yaratmaq niyyətindədir.
Lakin bu şoular hazırki prezident Donald Trampın Obamaya ünvanladığı ittihamlarla əlaqəli olmayacaq.
Qəzetin məlumatına görə onun əsasən sağlamlıq, seçki hüququ, immiqrasiya, daxili siyasət və qlobal istiləşmə ilə bağlı verlişlərdə moderator kimi çıxış edəcəyi gözlənilir.
Bunun üçün şirkət eks-prezidentə kifayət qədər böyük məbləğ ödəməyə hazırdır. Lakin, məbləğin miqdarı hələ ki açıqlanmır.
Əvəz ZEYNALOV