Modern.az

Amerikalı senatora həmkarlarını qucaqlamaq qadağan edildi

Amerikalı senatora həmkarlarını qucaqlamaq qadağan edildi

Dünya

9 Mart 2018, 13:21

ABŞ Senatının üzvü Bob Hersberqə həmkarlarını qucaqlamaq qadağan edilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Senatın reqlament məsələləri üzrə komissiyası qərar qəbul edib.

 

“Xəbərdarlıq edirik ki, sizin davranışlarınız alqışlanmır”-deyə açıqlamada deyilir. Komissiya senatorun davranışlarını davam etdirəcəyi halda sərt addımlar atacağını deyib. Hersberq isə həmkarlarını qucaqladığı üçün üzr istəyib və bunu seksual kontekstdə deyil, sırf insani münasibətlərə görə etdiyini deyib.

 

Senatorun qucaqladığı 28 nəfərdən çox az qismi bu diqqətdən narahatlığını dilə gətirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır