Modern.az

Bahar Muradova: "Rusiya Qarabağ müharibəsində Ermənistanı dəstəkləyir"

Bahar Muradova: "Rusiya Qarabağ müharibəsində Ermənistanı dəstəkləyir"

29 İyul 2011, 15:10

«Təcavüzkar cilovlanmadıqca, ona qarşı tədbirlər görülmədikcə, törətdiyi hərəkətlərin sayı daha da artır, beynəlxalq hüquq prinsiplərini daha da pozur».

APA-nın məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sərkisyanın son açıqlamalarına münasibət bildirən Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Onun sözlərinə görə, bütün beynəlxalq ictimaiyyət Azərbaycanın bu haqlı tələblərinə qoşulmalı, rəsmi Bakının mövqeyini müdafiə etməli, adekvat münasibət sərgiləməlidirlər.

«Sərkisyanın açıqlamaları da daxil olmaqla, erməni siyasətinin iç üzünü hər addımda ifşa edən bu kimi hərəkətlərə qarşı bütün dünya birləşməlidir», - deyə B. Muradova vurğulayıb.

Türklərin hərbi əməliyyatlar zamanı Azərbaycanı, rusların isə erməniləri müdafiə etməsinin üçüncü dünya müharibəsinə gətirib çıxaracağı barədə Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin fikirlərinə gəlincə, vitse-spiker Rusiyanın birinci Qarabağ müharibəsində və bu gün də Ermənistanı dəstəklədiyini bildirib: «Jirinovski təcavüzkar ölkənin yanında olub, onu müdafiə edirsə, bu onların simasının göstəricisidir».

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı