Modern.az

Lavrov Skripalın zəhərlənməsi ilə bağlı sualdan QƏZƏBLƏNDİ

Lavrov Skripalın zəhərlənməsi ilə bağlı sualdan QƏZƏBLƏNDİ

9 Mart 2018, 15:03

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Skripalın zəhərlənməsi və Litvinenkonun qətlinin paralel göstərilməsinin yolverilməz olduğunu bildirib. Modern.az xəbər verir ki, bu barədə İnterfaks agentliyi xəbər yayıb.

 

“Mən televiziyaya baxıram. Bundan qaşmaq mümükün olmasa da, Britaniyada Skripalın zəhərlənməsi və Litvinenkonun ölümü arasında paralel aparırlar. Mən xatırlatmaq istəyirəm ki, Litvinenkonun ölümündə Rusiya ittiham olunsa da, cinayət sonuna qədər araşdırılmayıb” – deyə Lavrov bildirib.

 

Nazir Rusiyanın bu mövzuda əməkdaşlığa hazır olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya əməkdağlıq təklif edib lakin Britaniya məhkəməsi əsassız bir qərar verməyi üstün tutub.

 

Bundan əvvəl Böyük Britaniya Xarici işlər naziri Baris Conson Baş Kəşfiyyat İdarəsinin keçmiş palkovniki Sergey Skripalın zəhərlənməsi ilə Federal Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı Aleksandr Litvinenkonun zəhərlənərək ölməsi hadisəsinin kəsişdiyini bildirmişdi.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır